Əks Faktorinq xidməti - hüquqi şəxslərin və fərdi sahibkarların (Borclu) digər şirkətlər (Təchizatçılar) qarşısında öhdəliklərinin ödənilməsi məqsədilə Borcluya qarşı pul tələbinin (kreditor borclarının) Bank (Faktor) tərəfindən Təchizatçıya ödənilməsidir.

Əks Faktorinq xidmətindən məhsul və xidmətləri digər şirkətlərdən (Təchizatçılardan) alan şirkətlər (Alıcı) istifadə edə bilər. Əks Faktorinq xidməti müxtəlif istehsal, tikinti, xidmət, satış və digər şirkətlər üçün münasib maliyyələşmə həlli ola bilər.

Xidmətin üstünlükləri

• Təchizatçı ilə etibarlı əlaqələrin saxlanılması
• Təchiz olunmuş mal və ya xidmətlər üçün uzun müddətə razılaşdırılmış ödəniş şərtləri
• Dövriyyə vəsaitlərinin artımı, əlverişli şərtlərlə maliyyələşmə
• İstehsal üçün zəruri xam mal və ya satış üçün mal qalıqlarının qısa zamanda sərfəli şərtlərlə əldə olunması və ehtiyatların saxlanılması imkanı

Xidmətin şərtləri

• Müqavilənin müddəti - fərdi razılaşma əsasında
• Maliyyələşmə limiti - fərdi razılaşma əsasında
• Maliyyələşmənin valyutası - Azərbaycan daxilində manat ilə, ölkə xaricində tərəfdaşlar arasında müqavilənin valyutasında
• Faiz dərəcəsi və komissiya haqları - fərdi razılaşma əsasında

Əsas tələblər

• Satıcı (Təchizatçı) və Alıcı (Borclu) arasında rəsmi müqavilə
• Satıcı (Təchizatçı) və Alıcı (Borclu) arasında müəyyən vaxt mövcud olan kommersiya münasibəti
• Satıcı və Alıcının arasında olan müqaviləyə əsasən, satıcının bütün öhdəliklərinin yerinə yetirməsi
• Hesab faktura və müqavilə çərçivəsində tələb olunan digər sənədlər Banka təqdim edilməli