Sənədli Əməliyyatlar

PAŞA Bank beynəlxalq əməkdaşlığın və ticarət əməliyyatlarının rahat həyata keçirilməsi və yaranan risklərin aradan qaldırılması üçün sənədli əməliyyatlar və ticarətin maliyyələşməsi üzrə geniş xidmətlər təklif edir.

Akkreditivlər

Beynəlxalq ticarət əməliyyatlarının rahat həyata keçirilməsi və yaranan risklərin aradan qaldırılması üçün beynəlxalq təcrübədə akkreditivlərdən geniş istifadə olunur.

Bank Zəmanətləri

Ölkə daxilində və beynəlxalq səviyyədə əməkdaşlıq prosesində tərəfdaşlardan birinin digəri qarşısında öhdəliklərini icra edə bilməməsi və ya icradan imtina etməsi riskləri mövcuddur. Digər tərəfin maliyyə itkilərindən özünü etibarlı şəkildə qorumaq üçün bütün dünyada bank zəmanəti xidmətindən geniş istifadə edilir.

Ticarətin (ixrac və idxal əməliyyatlarının) maliyyələşməsi

Beynəlxalq ticarət əməliyyatları çərçivəsində akkreditivlər vasitəsilə ödənişlərin həyata keçirilməsi ilə yanaşı bir çox hallarda həmçinin daha uzun müddətə maliyyələşmə tələb olunur.

Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 00 nömrəli Əlaqə Mərkəzinə və ya info@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.