PAŞA Bank ticarət və xidmət müəssisələrinə kartla nağdsız ödənişlərin daha sürətlə qəbulu üçün təmassız POS terminal xidmətini təqdim edir.

Bu halda ödəniş əməliyyatı kart POS terminala daxil edilmədən və 20 manatadək məbləğdə ödənişlər üçün kartın PİN şifrəsi tələb olunmadan daha sürətli təmassız qaydada həyata keçirilir.

Təmassız POS terminal xidmətinin imkanları və üstünlükləri:

- Ödəniş əməliyyatlarının sürətlə həyata keçirilməsi və kassada növbələrin azalması
- Kart istifadəçilərinin nağdsız ödənişləri nəticəsində satış həcminin artması
- Kredit kartlarına sahib olan daha yüksək ödəniş qabiliyyətli müştərilərin alışları nəticəsində satışların artması
- Kassada nağd vəsaitlərin qəbulu və sayılması üzrə iş yükünün azalması
- Nağd vəsaitlərin inkassasiya edilməsinə ehtiyacın azalması, nağd pulun qəbulu, saxlanması və daşınması ilə bağlı yaranan risklərin azalması
- Müştərilərə qaytarılması üçün kiçik əsginaslara və qəpiklərə ehtiyacın azalması
- Kassada saxta pulların qəbulu riskinin azalması

PAŞA Bank satış və xidmət müəssisələrində POS terminalların quraşdırılması zamanı satıcıların və xəzinədarların terminaldan istifadə ilə bağlı tam təlimatlandırılmasını həyata keçirir.