Karyera

PAŞA Bank ümumilikdə 14 dildə danışan 300-dən artıq işçidən ibarət beynəlxalq işçi komandaya malikdir. İşçilərimiz bir çox sahələrdə, o cümlədən, mühasibatlıq, hüquq və maliyyə sahəsində ixtisaslaşmışdır. İşçi heyətimizin tərkib müxtəlifliyinə baxmayaraq, PAŞA Bank komandasında çalışan hər bir işçi təşəbbüs göstərir, nəticələr əldə edir və cavabdehliyi öz üzərinə götürür.

PAŞA Bankın fəaliyyət mədəniyyətinin əsasını üç əsas dəyər təşkil edir:
• Düzgünlük və Şəffaflıq
• Mükəmməllik və Keyfiyyət
• Peşəkarlıq və Fərdi Yanaşma.

Bu dəyərlər sifarişçilərə göstərdiyimiz xidmətlərdən tutmuş bir-birimizlə qarşılıqlı əlaqələrimizə kimi gördüyümüz hər bir işdə öz əksini tapır. Biz hər bir işçidən bu dəyərləri qəbul etməyi və mükəmməl xidmət göstərməyi tələb edirik.
Biz, təşəbbüskar olmaqla yanaşı, Bankımızı regionun ən iri maliyyə institutlarından birinə çevirmək üçün daim çalışırıq. Uğurlarımızın sayını artırmaq üçün son dərəcə istedadlı kadrlara ehtiyacımız var.
Bizim ən mühüm sərvətimiz işçilərimizdir. PAŞA Bank olaraq, biz işçilərimizin uzunmüddətli və uğurlu karyeraya malik olması üçün zəruri olan bütün bacarıqlara yiyələnməsini təmin etmək məqsədi ilə kadrların inkişafına böyük sərmayə yatırırıq. Bütün işçilərimizə geniş təlimlər təklif etməklə, onların hərtərəfli inkişaf etmiş bank işçilərinə çevrilməsinə yardım göstəririk.

Genişlənməkdə olan bir şirkət kimi, biz vaxt və resurslarımızı üç əsas sahəyə yönəldirik:
• müştəri xidməti – brend və nüfuzumuzun gücləndirilməsinə yardım etmək üçün
• işçilərin inkişafı – işçi qrupumuzu ən yüksək təlim standartı ilə təmin etmək üçün
• mədəniyyət – əsas dəyərlərimizin bankın hər bir səviyyəsində hiss olunmasını təmin etmək üçün.

PAŞA Bankda hər bir işçi uzunmüddətli karyera qurmaq üçün ona lazım olan bacarıqlarla təmin edilir. Müntəzəm həyata keçirilən daxili və xarici təlimlər sayəsində işçilərimiz bank sənayesində ən son tendensiyalara dair biliklərə yiyələnməklə, tam peşəkar bank işçilərinə çevrilirlər.

PAŞA Bankda çalışmaq maraqlı, faydalı və zövqvericidir. Biz uzunmüddətli bank karyerasının qurulmasına gedən yolun hər bir mərhələsində Sizə dəstək göstərəcəyik. Biz hər bir səviyyədə təkmilləşmə imkanlarına malik olan mükəmməl iş mühitini təklif edirik. Peşəkar sertifikatlaşdırma (ACCA, CFA, CIMA və s.) kimi müstəsna təlim imkanlarından əlavə, PAŞA Bank öz işçi heyətinə bir sıra sosial güzəştlər, o cümlədən, idmanla məşğul olmaq və kitabların əldə edilməsi üçün müavinətlər, rəqabətə davamlı əmək haqları və tibbi sığorta təklif edir.

İşçilərimiz PAŞA Bankın simasıdır. Buyurun, onlarla tanış olun və bizimlə işləməyin nə demək olduğunu aşkar edin.

Komandamıza qoşulmaq istəyirsinizsə, mövcud vakansiyalarımızla tanış olun və onlayn müraciət edin. Biz daim yeni istedadlar axtarışındayıq. Bilavasitə Sizə münasib vəzifənin mövcud olmadığı təqdirdə, zəhmət olmazsa, tərcümeyi-halınızı recruitment@pashabank.azelektron poçtuna göndərin və bacarıqlarınıza uyğun vakansiya olduqda biz sizinlə əlaqə saxlayacağıq.

Vakansiyalar

Vakansiyalar

 

Vakansiyaların sayı - 1
“PASHA Bank” OJSC is seeking a SME Credit Risk Underwriter for Credit Risk Underwriting Department.
Candidates are requested to send their Application Forms/CVs to recruitment@pashabank.az
until July 10, 2017. Please indicate the name of the position (SME Credit Risk Underwriter) you are applying for in the subject line of the email. Otherwise the candidacy will not be considered in the review process of the applications collected.
Please be advised that only shortlisted candidates will be invited to the further stages of the recruitment process.

CV-ni 10.07.2017 tarixinədək bu ünvanda http://www.pashabank.az/career/lang,az/ doldurmaq olar…>>>

İşə qəbul üçün müraciət anketi

İşə qəbul üçün müraciət anketi

İşə qəbul üçün müraciət anketi:

Anket