Premium Card PAŞA Bank-da xidmət olunan şirkətlərin sahiblərinə və rəhbərlərinə şəxsi məqsədlərlə bağlı istifadə üçün təqdim edilən kredit kartıdır.

Premium Card Azərbaycanda və dünyanın 200-dək ölkəsində ticarət və xidmət müəssisələrində və həmçinin İnternet şəbəkəsində nağdsız ödənişlər həyata keçirmək, banklarda və bankomatlarda kart ilə nağd pul vəsaiti çıxarmaq imkanını təqdim edir.

Premium Card kredit kartı olduğu üçün PAŞA Bank tərəfindən ayrılmış kredit xətti çərçivəsində kartla əməliyyatlar həyata keçirmək olar.

Kartın üstünlükləri

- Bank tərəfindən ayrılan və güzəşt müddəti ərzində faizsiz olan kredit xəttindən istifadə imkanı təqdim edir;
- Dünyanın 200-dək ölkəsində istifadə imkanları (ticarət-xidmət müəssisələrində və İnternetdə nağdsız ödənişlər, bankomatlarda nağd əməliyyatlar və s.) təqdim edilir;
- Dünyanın 200-dək ölkəsinə səfərlər zamanı nağd pul vəsaitinin gömrük məntəqələrində bəyan edilməsinə ehtiyac qalmır, xaricdə nağd pul vəsaitinin təhlükəsiz saxlanması və digər valyutaya çevrilməsi çətinlikləri yaranmır;
- Şirkətin sorğusuna əsasən PAŞA Bank kartla müəyyən əməliyyatlar (məsələn mərc oyunları və s.) üzrə limitlər tətbiq edə bilər;
- “Lifestyle Management” xidmətlərindən (qonaqpərvərlik xidmətləri, tədbirlərə biletlərin alınması, güllərin çatdırılması, kuryer xidmətləri və s.) istifadə imkanı təqdim edilir;
- Digər əlavə xidmətlər (bank seyflərindən pulsuz istifadə və s.) təqdim edilir.

Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 00 nömrəli Əlaqə Mərkəzinə və ya info@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.

Kartın şərtləri

Kartın növü Visa Gold or MasterCard Gold
Kartıq qiyməti (xidmət haqqı) Pulsuz (kart hədiyyə olaraq təqdim edilir)
Kartın müddəti 3 il
Kart hesabının valyutası AZN/USD/EUR/GBP

Kart üzrə əlavə xidmətlər

SMS Banking
PİN Change
24/7 təcili bloklaşdırma
Travel Assistance
Kartın təcili bərpası
Nağd pulun təcili çıxarılması
Lifestyle Management

Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 00 nömrəli Əlaqə Mərkəzinə və ya info@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.