Haqqımızda

“Onlayn növbə” xidməti müvəqqəti olaraq dayandırılıb

  • Pandemiya dövründə müştərilərin filiala girişi məhdudlaşdırılmışdır. Bu səbəbdən onlayn növbədə göstərilən vaxtlarda uyğunsuzluqların yaranması mümkündür.

Haqqımızda

Bank haqqında

2007-ci ildə yaradılmış “PAŞA Bank” ASC Azərbaycanın aparıcı korporativ maliyyə institutudur. Biz, investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə xidmətlərini, o cümlədən kiçik və orta sahibkarlıq üçün tam xidmətlər dəstini təklif edirik. Bank iqtisadiyyatın qeyri-neft sektorunun əsas sahələrinə - aqrobiznes, nəqliyyat, tikinti, ticarət və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə öz töhfəsini verən digər sahələrə xidmət göstərir.

PAŞA Bank kapital səviyyəsinə görə Azərbaycanın ən iri özəl bankıdır və aktivlərinin həcminə görə TOP-3 özəl banklar siyahısına daxildir. 31 dekabr 2022-ci il tarixinə olan konsolidə olunmuş göstəricilərə görə Bankın kapitalı 648 mln AZN, aktivlərinin həcmi isə 9,218 mln AZN təşkil edib. Aparıcı banklardan biri olan PAŞA Bank, davamlı və sabit inkişaf göstəricilərini daha da möhkəmləndirməkdədir. Rəqəmlərlə bağlı ətraflı məlumatı "Maliyyə hesabatlar" bölməsindən əldə edə bilərsiniz.

PAŞA Bankın baş ofisi Bakıda yerləşir. Bankın paytaxtda və ölkənin bölgələrində ümumilikdə 5 biznes-mərkəzi, 3 filial və 1 mübadilə şöbəsi fəaliyyət göstərir. 2013-cü ildən etibarən Bank Gürcüstanda, 2014-cü ildən isə Türkiyədə təmsil olunur. Törəmə bankları vasitəsilə regional şəbəkə yaradan PAŞA Bank, beynəlxalq və regional əməkdaşlıq üçün bir sıra yeni imkanlar yaradıb. Bununla Bank, bölgənin üç ölkəsində işgüzar prosesləri birləşdirəcək "Bakı-Tbilisi-İstanbul" fəal ticarət üçbucağı yaratmağı planlaşdırır.

“PAŞA Yatırım Bankası” A.Ş. (Türkiyə törəmə şirkəti) öz fəaliyyətini sağlam maliyyə bazası olan, qətiyyətlə inkişafa doğru irəliləyən və həm müştərilərinin, həm də əməkdaşlarının gələcəyinə dəyər qatan beynəlxalq bir bank olmaq istiqamətində qurub. Bank, korporativ və kommersiya bankçılığı, investisiya bankçılığı, regionlararası əməliyyatlar, ticarətin maliyyələşdirilməsi, konsultasiya xidmətləri, yerli valyuta mübadilə əməliyyatları, lizinq xidmətləri və digər bank xidmətləri göstərməklə fəaliyyətini sürətlə genişləndirməkdədir.

“PASHA Bank Georgia” SC (Gürcüstan törəmə şirkəti) korporativ və investisiya bankçılığı sahəsində iri, orta və kiçik müəssisələrə xidmət göstərir. Bank, müştərilərin maraqlarını korporativ strategiyanın əsas elementi müəyyən etməklə davamlı yüksəlişə hədəflənən fəaliyyət istiqaməti seçib. Bank, kredit, depozit, ticarətin maliyyələşdirilməsi, xəzinədarlıq əməliyyatları (qiymətli kağızlar, valyuta mübadiləsi, forvard, svap, opsion) internet bankçılığı və digər məhsullar təklif edir.

PAŞA Bank, dəfələrlə maliyyə yönümlü beynəlxalq kütləvi informasiya vasitələri tərəfindən investisiya, özəl-bankçılıq xidmətlərinin təklifi, KSM proqramı və s. İstiqamətlər üzrə Azərbaycan bazarının lideri kimi tanınıb. 2011, 2012 və 2013-cü illərdə PAŞA Bank, "EMEA Finance" tərəfindən "Azərbaycanın ən yaxşı investisiya bankı" elan olunub. Həmçinin PAŞA Bank, 2013-cü ildə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" mükafatına və "Europe Banking Awards 2012" çərçivəsində özünün Korporativ Sosial Məsuliyyət proqramına görə “Avropada ən yaxşı bank” adına layiq görülüb. Həmçinin dünyanın aparıcı maliyyə institutlarından biri olan “Commerzbank AG” tərəfindən təsis olunmuş xüsusi “Trade Award” mükafatı 2014-cü ilin yekunlarına görə ticarətin maliyyələşdirilməsi sahəsində Azərbaycanın ən fəal bankı kimi PAŞA Banka təqdim olunub. 2014-2015-ci illərdə "EMEA Finance" tərəfindən "Azərbaycanın ən yaxşı bankı" nominasiyasında qalib kimi PAŞA Bank seçilib.

2016-ci ildə Bank, "World Finance" jurnalı tərəfindən "Ən yaxşı bank qrupu" və "Ən yaxşı kommersiya bankı", “Global Finance” jurnalı tərəfindən isə "Ən yaxşı bank" mükafatları ilə təltif olunub. 2017-ci ildə PAŞA Bank, “EMEA Finance” tərəfindən “Azərbaycanın ən yaxsı bankı”, “Mərkəzi və Şərqi Avropa və MDB ölkələri üzrə Korporativ Sosial Məsuliyyət proqramı” və “Azərbaycanın ən yaxşı investisiya bankı”, “Global Finance” və “Euromoney” tərəfindən “Azərbaycanın ən yaxsı bankı” adlandırılıb. 2018-ci ildə PAŞA Bank, Azərbaycan Respublikası Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası ilə birgə təşkil olunan müsabiqə çərçivəsində “Təmassız POS terminal infrastrukturu üzrə lider bank”, “Global Finance” tərəfindən “Azərbaycanın ən yaxşı bankı” və “Ən yaxşı özəl bank”, “The Banker” tərəfindən “İlin bankı” adlarına, eləcə də “Sap Value Award” mükafatına layiq görülüb. Bununla yanaşı, “World Finance” jurnalı PAŞA Bankı 2018-ci il üçün “Azərbaycanın ən yaxşı kommersiya bankı” mükafatı ilə təltif edib.

2019-cu ilin yekunlarına görə PAŞA Bank “Korporativ Sosial Məsuliyyət proqramı” və “Ən fəal təhsil dəstəkçisi”, 2020-ci il ilin nəticələrinə əsasən isə “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü”, “Elektron Bankçılıq”, “Korporativ Sosial Məsuliyyət” və “Ən fəal təhsil dəstəkçisi” nominasiyaları üzrə qalib seçilib. Eyni zamanda, PAŞA Bank, “İnternet bankçılıq xidməti üzrə lider bank”, “Təmassız ödənişlər üzrə lider bank" və “Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” elan edilib.

2020-ci ildə "EMEA Finance" jurnalı tərəfindən PAŞA Bank “Azərbaycanın ən yaxşı bankı” və “Azərbaycanın ən yaxşı investisiya bankı” kimi fərqləndirilib. Həmçinin Bank, Mərkəzi və Şərqi Avropa və MDB ölkələri bazarlarında fəaliyyət göstərən maliyyə qurumları arasında "Ən yaxşı bank məhsulu" və "Ən yaxşı Korporativ Sosial Məsuliyyət proqramı" nominasiyalarının qalibi də seçilib.

2021-ci ildə Bankın “Onlayn kredit” məhsulu regionda KOS üçün “Ən yaxşı bank məhsulu” seçilib. Eyni ildə Azərbaycanda POS-terminal dövriyyəsinin həcminə görə PAŞA Bank "Best F2F Acquirer" adına layıq görülüb.

Beynəlxalq reytinq:

“Standard & Poor's” agentliyi, dekabr, 2023 il: uzunmüddətli “BB-” / qısamüddətli “B”

“Standard & Poor's” agentliyi, fevral, 2023 il: uzunmüddətli “B+” / qısamüddətli “B”

“Standard & Poor's” agentliyi, iyun, 2022 il: uzunmüddətli “B+” / qısamüddətli “B

PAŞA Bank bu gün 1.200 nəfərdən çox ixtisaslı əməkdaşın daxil olduğu beynəlmiləl komandadır. Biz, Bankın ən iri regional maliyyə təşkilatlarından birinə çevrilməsi üçün çalışır, beynəlxalq standartlara uyğun məhsul və xidmətlər təklif edirik. Biz, Azərbaycanda iri investisiya holdinqi kimi tanınan və sığorta, tikinti, turizm və biznesin digər istiqamətlərində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsiyik. Biz, Azərbaycanın ən gənc, eyni zamanda, ən iri banklarından biri olaraq daim əlimizi maliyyə və texnoloji dəyişikliklərin nəbzində tutur, bazarın müasir tendensiyaları ilə ayaqlaşmaqla, müştərilərimizin üstünlük verdikləri məsələlərdə məmnuniyyəti daha da artırmaq üçün beynəlxalq təcrübəni və ən yeni texnologiyaları inamla mənimsəyirik.

*1 USD - 1.7 AZN (01.03.2023)

PAŞA Bankın dividend siyasəti

1. Dividend Bankın xalis mənfəətinin səhmdarlar arasında onların sahib olduqları səhmlərin sayına mütənasib surətdə bölüşdürülməsi üçün nəzərdə tutulan hissəsidir.

2. Bank aşağıdakı hallarda dividendin ödənilməsini təmin edir:
- Bankın maliyyə vəziyyəti stabil və/və ya müsbət qiymətləndirildikdə, həmçinin inkişaf perspektivi olduqda;
- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, dividendin ödənilməsi üçün hər hansı qadağa olmadıqda;
- Bankın Səhmdarlarının Ümumi Yığıncağının müvafiq qərarı qəbul olunduqda.

3. Mənfəətin (müvafiq vergilər çıxıldıqdan sonra) və ya onun müəyyən faizinin dividend olaraq ödəniləcək hissəsi müəyyən olunmuş qaydada hesablanır və Bankın Səhmdarlarının Ümumi Yığıncağı tərəfindən təsdiq olunur.

4. Dividendin ödənilməsi barədə Səhmdarların Ümumi Yığıncağı tərəfindən müvafiq qərar qəbul olunmazdan əvvəl, AR Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət olunaraq dividendlərin ödənilməsi üçün yazılı razılıq alınır.

5. Səhmdarların Ümumi Yığıncağı tərəfindən fərqli qayda müəyyən edilmədikdə, dividendin ödənilməsi qərarın qəbul olunduğu tarixdən sonrakı 10 iş günündən artıq olmayan müddət ərzində həyata keçirilir.

(yenilənmə tarixi 05.11.2020)

Bank rekvizitləri

Bankın hüquqi ünvanı və rekvizitlər:

Tam adı – “PAŞA Bank” Açıq Səhmdar Cəmiyyəti
Qısaldılmış adı - “PAŞA Bank” ASC
Poçt ünvanı - AZ 1005, Yusif Məmmədəliyev küçəsi, 13, Bakı şəhəri, Azərbaycan

Bankın rekvizitləri:
Kod: 505141
VÖEN: 1700767721
Müxbir hesab №:
AZ82NABZ01350100000000071944 (AZN)
AZ04NABZ01350200000000071840 (USD)
AZ30NABZ01350200000000071954 (EUR)
AZ16NABZ01350200000000019826 (GBP)
SWIFT BIK: PAHAAZ22

(yenilənmə tarixi 15.06.2020)

Missiya və məqsədlər

Missiya və məqsədlər

Strateji baxış:
PAŞA Bankın gələcəyə baxışı dünya səviyyəli məhsul və xidmətlərin göstərilməsinə, müştərilərin inkişafının dəstəklənməsinə, rəqəmsal kanalların inkişafının təşəbbüskarı olmağa sadiq qalaraq ən yüksək etik standartlara riayət edən, mükəmməl işgüzar nüfuza və əsaslı maliyyə gücünə malik Azərbaycanın aparıcı bankı olmaqdır.

PAŞA Bankın missiyası tərəfdaşlara xidmət göstərməkdir.
- Etibarlı maliyyə tərəfdaşı kimi müştərilərimizin ehtiyaclarına uyğun şəkildə müəyyən edilmiş, yüksək keyfiyyətli və innovativ məhsul və xidmətlər təklif etməklə onların bizneslərinin inkişafına və artımına öz töhfəmizi veririk;
- Məsuliyyətli bir işəgötürən kimi lazımi bilik və bacarıqlarla silahlandırılmış, təşkilatın dəyər və baxışına sadiq və müvafiq şəkildə səlahiyyətləndirilmiş insanlar yetişdirərək, peşəkar bir heyət qururuq;
- Məsuliyyətli korporativ vətəndaş kimi ölkə iqtisadiyyatının dayanıqlı inkişafının və cəmiyyətin tərəqqisinin tərəfdaşı qismində çıxış edirik;
- Bir maliyyə institutu kimi yeni imkanları dəyərləndirən, düşünülmüş strateji hədəflərə sərmayə yatıran və dayanıqlı maliyyə göstəricilərinə malik sağlam təşkilat olaraq səhmdar dəyəri yaradırıq;
- Bir təşkilat kimi biznesin şəffaf və düşünülmüş qaydada həyata keçirilməsi öhdəliyinə sadiq qalmağa davam edirik.

“PAŞA Bank” ASC İnkişaf siyasəti

(yenilənmə tarixi 03.03.2023)

İdarəetmə

Səhmdarlar

Bankın səhmdarları: PASHA Holding MMC (≈ 56,8195%), BLESS MMC (≈ 28,1796%), Arif Paşayev (≈ 9,9944%) və Mir Camal Paşayev (≈ 5,0066%).

Səhmdarların hüquqları

1. Bankın adi səhmlərinə sahib olan səhmdarların Bank tərəfindən əlavə buraxılan səhmləri satın almaqda üstünlük hüququ vardır. Səhmdarın həmin üstünlük hüququ səhmdarın emissiyadan qabaq Bankda malik olduğu paya mütənasib olaraq tətbiq olunur. Səhmdarlara əlavə emissiya olunmuş səhmlər digər maraqlı alıcılara təklif olunan şərtlərlə eyni şərtlərlə təklif olunmalıdır.
2. Bank səhmlərinin 5 faizinə sahib olan sahmdarlar növbədənkənar ümumi yığıncağının çağırılmasını tələb edə bilərlər.
3. qanunvericiliklə və bu nizamnamə ilə müəyyən edilmiş qaydada bankın idarə edilməsində iştirak etmək, onun idarəetmə orqanlarına seçilmək və seçmək;
4. bankın səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək;
5. bankın xalis mənfəətindən dividend almaq;
6. bankın fəaliyyətinə xitam verildiyi halda, kreditorların tələblərinin, hesablanmış, lakin ödənilməmiş dividendlərin, həmçinin imtiyazlı səhmlərin ləğvetmə dəyərinin ödənilməsindən sonra qalan Bankın əmlakının müəyyən hissəsini əldə etmək;
7. qanunvericiliklə və bu Nizamnamə ilə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

(yenilənmə tarixi 01.01.2023)

Struktur

Paşa Bankın Strukturu

Paşa Bankın strukturuna aparan link

Dəyərlər

Müxbir əlaqələr

Sosial məsuliyyət

Siyasət və hesabatlılıq

Korporativ İdarəetmə üzrə məlumatların açıqlanması

Korporativ standartlar

Risklərin İdarəedilməsi Üzrə Siyasət

Mükafatlandırma siyasəti

Mükafatlandırma sistemi Bankın korporativ idarəetmə mexanizminin əsas komponentlərindən biri kimi aşağıdakı prinsiplərə əsaslanır:
• mükafatlandırma sisteminin yaratdığı stimul Bankın rəqabət qabiliyyətliyinin artırılmasını təmin edir;
• mükafatlandırma sistemi risklərin idarə edilməsi və insan resurslarının idarə edilməsinin təkmilləşdirilməsini təmin edir;
• mükafatlandırma sistemi Bankın uzunmüddətli və davamlı inkişafının təmin edilməsinə yönəldilib.

(yenilənmə tarixi 01.01.2023)

Komplayns

Komplayns Siyasəti

AML Summary

Maraqların toqquşması siyasəti

Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi (FATCA/CRS)

“PAŞA Bank” ASC rüşvətxorluq və korrupsiyanın istənilən formasından imtina prinsipinə ("dözümsüzlük" prinsipi) əməl edir və cəmiyyət daxilində rüşvətxorluq və korrupsiya ilə mübarizə səviyyəsinin yüksəldilməsini təbliğ etməyi öz vəzifəsi hesab edir. Bankın yüksək biznes nüfuzunun qorunub saxlanılması, potensial rüşvətxorluq və korrupsiya hallarının aşkarlanması və qarşısının alınması ilə əlaqəli prinsip və qaydaların müəyyənləşdirilməsi məqsədilə “PAŞA Bank ASC-nin Rüşvətxorluq və Korrupsiyaya qarşı mübarizə siyasəti” mövcuddur. Siyasət Bankın bütün işçi heyətinə, şöbə və filiallarına, Bankla işgüzar münasibətlərdə olan və Bankın adından xidmət göstərən şəxslərə və kənar xidmət təminatçılarına, təchizatçılara, onların işçilərinə və biznes tərəfdaşlarına aid edilir.

(yenilənmə tarixi 23.12.2023)

PAŞA Bank ASC-nin Rüşvətxorluq və Korrupsiyaya qarşı mübarizə siyasəti

“PAŞA Bank” ASC rüşvətxorluq və korrupsiyanın istənilən formasından imtina prinsipinə ("dözümsüzlük" prinsipi) əməl edir və cəmiyyət daxilində rüşvətxorluq və korrupsiya ilə mübarizə səviyyəsinin yüksəldilməsini təbliğ etməyi öz vəzifəsi hesab edir. Bankın yüksək biznes nüfuzunun qorunub saxlanılması, potensial rüşvətxorluq və korrupsiya hallarının aşkarlanması və qarşısının alınması ilə əlaqəli prinsip və qaydaların müəyyənləşdirilməsi məqsədi ilə “PAŞA Bank ASC-nin Rüşvətxorluq və Korrupsiyaya qarşı mübarizə siyasəti” mövcuddur. Siyasət Bankın bütün işçi heyətinə, şöbə və filiallarına, Bankla işgüzar münasibətlərdə olan və Bankın adından xidmət göstərən şəxslərə və kənar xidmət təminatçılarına, təchizatçılara, onların işçilərinə və biznes tərəfdaşlarına aid edilir.

Maliyyə hesabatları

Maliyyə hesabatları

Bankın rəsmi auditoru:
Ernst & Young Holdings (CIS) B.V.
Ünvan: Port Baku Tauers Biznes Mərkəzi
Cənub qülləsi, 9-cu mərtəbə,
Neftçilər prospekti, 153
Bakı, AZ1010, Azərbaycan
Tel: +994 12 4907020
Fax: +944 12 4907017
www.ey.com/az

Hesabatlar yerləşdirilməsi üzrə məsul şəxs:
Babək Gülməmmədli, Xarici Hesabatlıq şöbəsi
E-poçt: Babak.Gulmammadli@pashabank.az
Əlaqə: (012) 496 50 00

2023

2022

Bütün siyahı

Davamlı inkişaf

Bizim dəyərlərimiz və müştərilərlə əməkdaşlıq fəlsəfəsi

Bizim dəyərlərimiz və müştərilərlə əməkdaşlıq fəlsəfəsi

Brendimizin fəlsəfəsi, şirkətin mövqeyini, mədəniyyətini, ənənə və dəyərlərini əks etdirərək, müştərilərlə iş münasibətlərimizi formalaşdırır. PAŞA Bankın fəlsəfəsi 5 əsas dəyər üzərində qurulub: Dürüstlük, Keyfiyyət, Gəlirlilik, Sahibkarlıq və Əməkdaşlıq.

Dəyərlərimizin vizual konsepsiyası loqotipin rəng qammasında öz əksini tapır. Təbiətdə enerji və alov rəmzi sayılan qırmızı rəng bankımızın lider mövqeyini, gücünü və aktivliyini əks etdirir. Həyat, yenilənmə, əbədi gənclik simvolu olan yaşıl rəng isə sabaha inam, pozitiv dünyagörüşü, hər zaman məqsədə nail olmaq və mükəmməlliyə hədəflənmək deməkdir.

Qədim mədəni ənənələr, mənəvi dəyərlər və müasir təfəkkürün, tarixi keçmişin və bugünümüzün simvolu olan loqotip, fəlsəfəmizin əsas ideyasını - yeni reallığın yaradılması ideyasını - özündə əks etdirir.

(yenilənmə tarixi 04.05.2023)

Risklərin idarə olunması

Likvidlik riskləri

Likvidlik risklərinin idarə edilməsi Bankın Likvidlik Risklərinin Idarə edilməsi Siyasəti ilə müəyyən edilir. Bu siyasət risklərin idarə edilməsi sisteminin əsas elementlərindən biri olmaqla, likvidlik risklərinin idarə edilməsi işinin təşkili, o cümlədən səlahiyyət və vəzifələrin bölgüsü və risklərin idarə edilməsi prosesini əhatə edir.

Bu sahədə Bankın əsas məqsədi, Bankın risk profilinə adekvat səmərəli likvidlik risklərinin idarə edilməsi sistemini yaratmaq, Bankın xarici təsirlərə məruz qaldığı şəraitdə öhdəliklərinin vaxtında yerinə yetirilməsini təmin etməkdir.

Bankda likvidlik risklərinin idarə edilməsi qeyd olunan istiqamətlər üzrə həyata keçirilir:
• Likvidlik riskləri üzrə limitlərə riayət olunmasına daimi nəzarət həyata keçirilir
• Likvidlik risklərinin idarə edilməsi siyasətinə riayət edilməsinin monitorinqi aparılır
• Likvidlik risklərinin tanınması və idarə edilməsi baxımından Bankın fəaliyyətini əhatə edən bütün proseslərə, yeni məhsul və xidmətlərə dair rəy verilir
• Stress testlər aparılır və nəticələri təhlil olunur. Nəticələrə uyğun olaraq, tədbirlər hazırlanır və müntəzəm icrasına nəzarət edilir
• Likvidlik risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metod və modellərin seçilməsi və tətbiqi.

Likvidlik riski limitləri. Bankda 3 pilləli limitlərin idarə edilməsi sistemi formalaşdırılmışdır. Risk İştahası Bəyannaməsi səviyyəsində, Likvidlik risk əmsallarının və Erkən xəbərdarlıq siqnallarının izlənməsi səviyyəsində və Gündəlik likvidliyin idarə edilməsi səviyyəsində. Müvafiq göstəricilər gündəlik və / və ya aylıq əsasda izlənilir.

Likvidlik risklərinin idarə olunması üçün aşağıdakı risk alətlərindən istifadə olunur:
• Likvidlik nəzərə alınmaqla riskə məruz dəyər (VaR) metodları
• Stress VaR üsulları
• Dinamik likvidlik “gap” təhlili
• Bazel təlimatlarına əsaslanan Likvidliyin Örtülmə Əmsalı (LCR)
• Bazel təlimatlarına əsaslanan Xalis Sabit Maliyyələşdirmə Əmsalı (NSFR)
• Müddət limitləri
• Stress testlər
• Ssenari təhlilləri
• Borc vermə qabiliyyətinə qoyulan limitlər
• Maliyyələşmə imkanlarına qoyulan limitlər
• Təmərküzləşmə limitləri

(yenilənmə tarixi 17.11.2023)

Qeyri-maliyyə riskləri

Qeyri-maliyyə risklərinin idarə edilməsi Bankın Təşkilati Risklərinin İdarə edilməsi siyasəti çərçivəsində müvafiq risklərin idarə edilməsini təmin edir, bank əməkdaşları tərəfindən yol verilmiş nöqsan və səhvlər, proses pozuntuları, informasiya sistemi və texnologiyalarda baş vermiş problem, çatışmazlıqlar, habelə bankdankənar hadisələrlə əlaqədar yaranan risklərin idarə edilməsidir.

“PAŞA Bank” ASC-də qeyri-maliyyə risklərinin idarə olunması aşağıdakı məqsədlərlə təşkil olunub:

Qeyri – maliyyə risklərinin idarə edilməsinin əsas məqsədi Bankın strategiyasının reallaşdırılması, Bankın mənfəətinə və kapitalına təsir edən gözlənilən və gözlənilməz zərərlərin qarşısının effektiv alınması, qeyri – maliyyə risklərinin idarə edilməsi işinin təşkili və prinsiplərini müəyyən etməkdir.

Qeyri – maliyyə riskləri ikinci müdafiə xəttində fəaliyyət göstərərək bankdaxili prosesləri, insan səhvləri, texnologiya və kənar təsirlər nəticəsində yarana biləcək potensial və cari itkilərin aradan qaldırılmasında vahid risk çərçivəsinin, siyasətinin və effektiv idarəetmənin həyata keçirilməsini təmin edir.

“PAŞA Bank” ASC-də qeyri – maliyyə risklərinin idarə edilməsinin fəaliyyət istiqamətləri aşağıdakılardır:
1. Risk və insidentlərin idarə edilməsi
2. İnformasiya Texnologiyaları/Kiber risklərin idarə edilməsi
3. Dələduzluq Risklərin idarə edilməsi
4. Əməliyyat və Tənzimləyici risklərin idarə edilməsi

Qeyri-maliyyə risklərinin idarə olunmasının əsas əhatə dairəsi

- Bankın fəaliyyətini əhatə edən bütün proseslərə, məhsul və xidmətlərə, habelə digər normativ sənədlərə rəy verilməsi;
- Bank üzrə qeyri – maliyyə itkiləri bazasının idarə edilməsi, ssenari modelləşdirməsi və stress testlərin keçirilməsi;
- İllik əsasda maarifləndirmə təlimlərinin, həmçinin yeni işçilərə və risk koordinatorlarına əlavə təlimlərin keçirilməsi;
- Davamlı olaraq Risk İştahası Bəyənnaməsinin (RİB) limiti çərçivəsində riskin vəziyyətinin nəzərdən keçirilməsi;
- Risk İştahası Bəyannaməsi (RİB) üzrə qeyri-maliyyə risklərinə aid olan göstəricilərə nəzarət edilməsi və Təşkilati Risklərin İdarə edilməsi siyasətinə uyğun olaraq Bankın RİB-nin qeyri–maliyyə hissəsinə dair təkliflərin verilməsi;
- Risk idarəetməsinin təmin edilməsi üçün sığorta proqramının tətbiq edilməsi və ona nəzarət, sığorta məbləğlərinin və komissiyalarının müəyyənləşdirilməsi, sığorta iddialarının ödənilməsi prosesinin idarə olunması;
- Bankdaxili səlahiyyətlərin və limitlərininin verilməsi üzrə rəyin bildirilməsi və müvafiq proseslərin idarə edilməsi;
- İllik əsasda Risk Qiymətləndirmə və Özünə Nəzarət (RCSA) prosesinin idarə edilməsi;
- Qeyri – maliyyə riski üçün kapital adekvatlığı əmsalının hesablanmasının koordinasiyası;
- Daxili audit aşkarlamalarının risk səviyyəsinin və təqdim edilən tədbirlər planının qiymətləndirilməsi, ehtiyac olduqda əlavə tövsiyələrin və tədbirlər planının təqdim edilməsi;
- İnsidentlərin idarə edilməsi, baş vermə səbəbinin aydınlaşdırılması, insident üzrə məlumatın vaxtında yenilənməsi, insidentlərə dair təqdim edilən tədbirlər planının effektivliyinin təhlili, onların icrasına nəzarət;
- Bankın səlahiyyətli qərarverici orqanlarına riskləri və insidentləri barədə hesabatın təqdim edilməsi;
- Bankın struktur bölmələri tərəfindən müştəri şikayətləri ilə bağlı təqdim edilən məlumatların nəzərdən keçirilməsi və ehtiyac olduqda əlavə məlumatın tələb edilməsi, şikayətlərin yaranma və ya təkrar olunma səbəbinin müəyyən edilməsi;
- Müştəri şikayətləri əsaslı sayılarsa, cavabdeh tərəflərə bu məhsul və ya xidmətin keyfiyyətinin artırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə müraciət edilməsi;

Qeyri – maliyyə risklərini tamamilə aradan qaldırmaq mümkün olmadığından, qeyri-maliyyə risklərinin idarə edilməsi komandası gündəlik bank prosesləri ilə bağlı riskləri azaltmağa və idarə etməyə diqqət yetirir. Qeyri-maliyyə risklərinin idarə edilməsi davamlı bir prosesdir və aşağıda qeyd edilmiş ümumiləşdirilmiş mərhələlərdən ibarətdir.

Riskin müəyyənləşdirilməsi

Riskin azaldılmasında ilk addım bankın bütün fəaliyyət sahələri, biznes prosesləri üzrə risklərin müəyyən edilməsidir.

Riskin qiymətləndirilməsi

Bütün risklər müəyyən edildikdən sonra potensial nəticələrə və baş vermə ehtimalına əsasən qiymətləndirilir. Bu risklərin idarə edilməsinin prioritetləşdirilməsinə kömək edir.

Risk yanaşma halları (tənzimləmə metodu)

Müəyyən olunmuş risklərə cavab tədbiri məqsədilə aşağıdakı risk yanaşma hallarından biri tətbiq edilir:
1. Riskdən yayınma
2. Riskin azaldılması
3. Riskin ötürülməsi
4. Riskin qəbul edilməsi

Nəzarət mexanizminin müəyyən edilməsi, qiymətləndirilməsi və fəaliyyət planının hazırlanması

Risklərə uyğun düzgün nəzarət mexanizminin və tədbirlər planının təyin edilməsi risklərin idarəedilməsində mühüm rol oynayır. Qeyri adekvat və ya effektiv olmayan nəzarət mexanizmlərinin təkmilləşdirilməsi üçün əlavə fəaliyyət planı müəyyən edilərək tətbiq edilir.

Riskin Monitorinqi və Hesabatı

Qeyri-maliyyə riskləri, riskin təsirinin və ya ehtimalının dəyişib-dəyişmədiyini görmək üçün müntəzəm olaraq qiymətləndirilir. Müəyyən edilmiş risklərin siyahısı davamlı yenilənməlidir. Əsas risk göstəriciləri və ölçüləri nəzarət mühitinin monitorinqi və risklərin baş vermə ehtimalını müəyyən etməyə imkan verir.

(yenilənmə tarixi 26.09.2023)

Kredit riskləri

Kredit Risklərinin idarə edilməsi Bankın fəaliyyətinin ayrılmaz bir hissəsidir. Bankın kredit risklərinin idarə olunması Kredit Risk Siyasəti ilə müəyyən olunur. Siyasətin əsas məqsədi Bankın strategiyasının reallaşdırılması, Bankın mənfəətinə və kapitalına təsir edən gözlənilən və gözlənilməz zərərlərin qarşısının alınması, kredit risklərinin idarə edilməsi işinin təşkili, prinsipləri və məsul struktur bölmələrin vəzifə və məsuliyyətlərinin müəyyən edilməsidir.

Kredit verilmə prosesi. Bankın kredit verilmə prosesi aşağıdakı sahələri əhatə edir:

Kredit sifarişinin qiymətləndirilməsi – Bank tərəfindən kredit sifarişlərinin qiymətləndirməsi meyarları, kreditlərin həcmi, müddəti, onlarla bağlı risklərin səviyyəsi, borcalanın fəaliyyət növü və digər amillərlə müəyyən edilir.

Təminatın götürməsi və qiymətləndirməsi qaydaları – Bank tərəfindən qəbul edilən təminat növləri qanunvericiliklə müəyyən olunan təminat növləridir. Təminatın dəyəri bankı kredit əməliyyatı üzrə dəyən zərərdən qorumaq üçün kifayət etməli, eyni zamanda kreditlərin qaytarılması üçün yeganə və əsas mənbə olmamalıdır. Təminatın dəyərləndirilməsi zamanı müəyyən edilən tənzimləyici minimum tələblər nəzərə alınır.

Kreditlər üzrə limitlər və kreditlərin cəmləşməsi - Bankdaxili qaydalar kreditlərin bütün məlum cəmləşmələri üzrə (kreditlərin növləri, aidiyyəti olan şəxslər, iqtisadiyyatın sektorları, coğrafi zonalar və s.) limitlər, müntəzəm monitorinq və hesabat tərtib edilməsi ilə əlaqədar tələbləri müəyyən edir.

Kredit risklərinin qiymətləndirilməsi

Bank strategiyasına və siyasətinə müvafiq olaraq borcalan ilə bağlı kredit riskini qiymətləndirmək üçün maliyyə hesabatlarının təhlil metodu ilə yanaşı daxili kredit risk reytinq sistemindən istifadə edir. Kredit risk reytinqi sistemi borcalanları risk reytinqləri üzrə təsnifləşdirir və portfel üzrə ümumi risk profilini müəyyən etməyə imkan verir. Reytinq sistemi beynəlxalq standartlar əsasında yerli iqtisadi şərait nəzərə alınmaqla iqtisadi sektorlar səviyyəsində müəyyən edilir. Burada sektoral özəlliklər diqqətə alınaraq Müştərinin Defolt ehtimalı əmsalı (PD) hesablanır. Borcalanın risk reytinqi kredit tələbinin yaranma anında müəyyən edilir və ən azı ildə bir dəfə yenidən nəzərdən keçirilir. İqtisadi şəraitin, borcalanın öhdəlik üzrə davranışının dəyişməsi hallarında borcalanın risk reytinqinə yenidən baxılır. Borcalanın risk reytinqi müəyyən olunan zaman onun maliyyə və keyfiyyət (fəaliyyət göstərdiyi sahə, fəaliyyətinin davamlılığı, kredit tarixçəsi və s.) göstəriciləri nəzərə alınır.

Bank müştərilərə verilən kreditlər üzrə ehtiyatın müəyyən edilməsi üçün BMHS (IFRS) 9 Dəyərsizləşmə metodologiyasını tətbiq etməkdədir.

Stress testlərin aparılması. Bank kredit portfelinin iqtisadi, maliyyə və bazar riskləri ilə bağlı amillərinə, o cümlədən faiz dərəcəsinin dəyişməsi, valyuta məzənnəsi, likvidlik göstəricilərinə, iqtisadi sektorlar üzrə dövri/mövsümi göstəricilərə, qiymətlərin dəyişməsi proqnozuna həssaslıq səviyyəsinin ölçülməsi məqsədi ilə stress testlər keçirir.

(yenilənmə tarixi 17.11.2023)

Bazar riskləri

Bazarda faiz dərəcələrinin, valyuta məzənnələrinin, qiymətli kağızların və əmtəələrin dəyərində baş verən dəyişikliklərlə əlaqədar yaranır.

Bazar risklərinin idarə edilməsi, Bankın Bazar Risklərinin İdarə edilməsi Siyasəti ilə müəyyən edilir. Bu siyasət risklərin idarə edilməsi sisteminin əsas elementlərindən biri olmaqla, bazar risklərinin idarə edilməsi işinin təşkili, o cümlədən səlahiyyət və vəzifələrin bölgüsü və risklərin idarə edilməsi prosesini əhatə edir.

Bankda bazar risklərinin idarə edilməsi qeyd olunan istiqamətlər üzrə həyata keçirilir:
• Bazar riskləri üzrə limitlərə riayət olunmasına daimi nəzarət həyata keçirilir
• Bazar risklərinin idarə edilməsi siyasətinə riayət edilməsinin monitorinqi aparılır
• Bazar risklərinin tanınması və idarə edilməsi baxımından Bankın fəaliyyətini əhatə edən bütün proseslərə, yeni məhsul və xidmətlərə dair rəy verilir
• Stress testlər aparılır və nəticələri təhlil olunur
• Bazar risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metod və modellərin seçilməsi və tətbiqi
• Bankın maliyyə bazarında apardığı tranzaksiyalara risk rəyi verilir
• Gündəlik əsasda bazar indikatorlarının (faiz dərəcələri, qiymətli kağızların qiyməti, indekslər) izlənməsi
• Maliyyə alətləri üzrə bazar dəyərlərinin (MTM) və ədalətli dəyərin hesablanması, izlənməsi.

Bazar risklərinin idarə olunması üçün aşağıdakı risk alətlərindən istifadə olunur:
• Riskə məruz dəyər (VaR) üsulları
• Stress VaR üsulları
• Kontragent limitinin təyin olunması
• Ölkə limitinin təyin olunması
• Açıq valyuta mövqeyinə limitlər
• Müddət limitləri
• Stress testlər
• Ssenari təhlilləri.

Valyuta risklərinin idarə edilməsi sistemi

Bank, xarici valyutadakı aktiv və öhdəliklərin strukturunu qiymətləndirmək və təhlil etmək, hecinq müqavilələri bağlamaq və valyuta riski ilə əlaqəli fərdi əməliyyatlara limitlər qoymaqla valyuta riskini idarə edir.

Valyuta riskinin idarə edilməsi zamanı aşağıdakı mövqelərə baxılır:
• Bankın ayrı-ayrı valyutalar üzrə açıq valyuta mövqeyi;
• Bankın məcmu açıq valyuta mövqeyi;

Bank, mövqeyini məhdudlaşdıraraq Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə və daxili limitlərə uyğun olaraq valyuta vəziyyətinə nəzarət edir.

Faiz risklərinin idarə olunması sistemi

Bank üçün faiz dərəcəsi riskinin əsas mənbələri faiz dərəcələrindəki dəyişikliklərə həssas olan aktiv və öhdəliklərin ödəmə müddətləri arasındakı uyğunsuzluqdur. Faiz dərəcəsi riskləri həm aktiv, həm də borc hissəsində yarana bilər. Faiz dərəcələri risklərinin idarə edilməsinin əsas alətləri aşağıdakılardır:
• Faiz dərəcələrinin müəyyənləşdirilməsinə yanaşma
• GAP üzərində nəzarət (aktivlər və öhdəliklər arasındakı fərq).

Bank daxili və xarici faktorları nəzərə alaraq çevik faiz dərəcələri siyasəti həyata keçirə bilir. Xarici amillərə, əsasən müəyyən növ alətlər üçün bazar faiz dərəcələrinin dəyişməsi daxildir. Daxili amillərə isə Bankın aktivləri və öhdəliklərinin faiz dərəcələri, ödəmə müddəti və GAP-ın səviyyəsi daxildir.

(yenilənmə tarixi 17.11.2023)