Kassa-hesablaşma xidmətləri

Korporativ müştərilərə

Kassa-hesablaşma xidmətləri

"PAŞA Bank",  həm rezident, həm qeyri-rezident hüquqi şəxslərə manat və valyuta ilə kassa-hesablaşma xidmətləri təqdim edir. Əməliyyatlar kassa-hesablaşma xidmətləri üzrə müqavilələr əsasında müəyyən olunmuş tariflərə uyğun şəkildə həyata keçirilir.

Kassa-hesablaşma xidmətlərinə aşağıdakılar daxildir:

- hesablaşma və cari hesabların açılması;
- ölkə üzrə, eləcə də xarici ölkələrə pul köçürmələri;
- nağd pulun hesaba qoyulması/çıxarılması;
- konvertasiya xidmətləri (hesabdan hesaba nağdsız mübadilə əməliyyatları);
- hesab üzrə çıxarışların verilməsi;
- bank əməliyyatlarının aparılmasına dair məsləhətlər.

Azərbaycan Respublikasının rezidenti olan korporativ müştərilər hesablaşma və cari hesabların açılması üçün aşağıdakı sənədləri təqdim etməlidir:

- nizamnamənin əsli və ya notarial qaydada təsdiqlənmiş surəti;
- dövlət qeydiyyatı haqqında sənədin notarial qaydasında təsdiq edilmiş surəti;
- müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli;
- vergi ödəyicisinin uçota alınması haqqında Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti;
- imza və möhür nümunələri vərəqəsi (2 nüsxədə, notarial qaydada təsdiq edilmiş);
- təşkilatın rəhbərinin təyin olunması haqqında əmrin surəti;
- təşkilatın baş mühasibinin təyin olunması haqqında əmrin surəti;
- təsis müqaviləsinin əsli və ya notarial qaydada təsdiq edilmiş surəti (təsisçilərin sayı birdən artıq olduqda);
- səlahiyyətli şəxslərin şəxsiyyətini təsdiq edən sənədin surəti;
- hesabın açılması üçün ərizə.

Azərbaycan Respublikasının qeyri-rezidenti olan korporativ müştərilər hesablaşma və cari hesabların açılması üçün aşağıdakı sənədləri təqdim etməlidir:

- Baş nümayəndənin adına verilmiş etibarnamə (leqallaşdırılmış və Azərbaycan dilinə tərcüməsi notarial qaydada təsdiq edilmiş);
- Baş ofisin nizamnaməsi və qeydiyyat şəhadətnaməsi (leqallaşdırılmış və Azərbaycan dilinə tərcüməsi notarial qaydada təsdiq edilmiş);
- Baş ofisin filialı və ya nümayəndəliyinin açılması haqqında qərarı (leqallaşdırılmış və Azərbaycan dilinə tərcüməsi notarial qaydada təsdiq edilmiş).